BAKI, 5 sentyabr. TELEQRAF
Almaniya İsveçrəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin bir hissəsini verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin SRF telekanalı məlumat yayıb.
İsveçrə 2022-ci ildə sifariş etdiyi “Patriot” sistemlərinin bəzi komponentlərinin Bernə verilməsi ilə bağlı Almaniya və ABŞ ilə danışıqlar aparırdı. Lakin danışıqlar nəticəsiz başa çatıb.
Buna səbəb Almaniyanın daha əvvəl Ukraynaya verdiyi “Patriot” sistemlərinin yerini mümkün qədər tez doldurmaq istəməsidir.
SRF-nin məlumatına görə, yaranmış vəziyyət İsveçrəyə “Patriot” sistemlərinin tədarükünü ən azı 2032-ci ilədək gecikdirəcək. Sistemlərin ümumi dəyərinin isə ilkin 2 milyard İsveçrə frankından ən azı 3,7 milyard franka yüksələcəyi gözlənilir.