Dünya pandemiya potensialına malik yeni bir virus ştammının yaranma astanasındadır.

Teleqraf xəbər verir ki, belə bir iddia ilə rusiyalı akademik-epidemioloq Gennadi Onişenko çıxış edib.

Onun sözlərinə görə, yeni pandemiya ştammları təxminən hər on ildən bir ortaya çıxır.

"Pandemiya ştammlarının hər on ildən bir ortaya çıxdığını, xəstələnmənin, şiddətin və müddətin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu nəzərə alsaq, biz belə bir ştammın astanasında yaşayırıq", - Onişenko deyib.

Akademik əvvəllər növbəti pandemiyanın ən çox ehtimal olunan səbəbinin qrip virusu olacağını irəli sürmüşdü.

Amma pandemiya potensialına çata bilən konkret ştamm hələ müəyyən edilməyib.