BAKI, 5 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun hücumlarından qorunmaq üçün vahid hava hücumundan müdafiə (HHM) komandanının təyin edilməsini təklif edib.
Teleqraf Rusiya KİV-nə istinadla xəbər verir ki, Putin müxtəlif hərbi bölmələrin pərakəndə fəaliyyətinin mövcud potensialdan tam istifadə etməyə imkan vermədiyini və idarəetmə strukturuna yenidən baxılmalı olduğunu vurğulayıb.
O qeyd edib ki, vahid rəhbərin təyin edilməsi qərarların operativ qəbuluna, hərbi hissələr ilə mülki xidmətlər arasında sıx koordinasiyanın qurulmasına və rəqibin dəyişən taktikasına vaxtında reaksiya verilməsinə şərait yaradacaq.