BAKI, 3 sentyabr. TELEQRAF
Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması onun suveren hüququdur.
Teleqraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Ermənistanın Aİ-yə qoşulması məsələsi Ermənistanın öz işidir. Onlar nə qərar verirlər-versinlər, elə də olacaq. Bu, onların suveren hüququdur və bizim haqqımız Ermənistanın Aİ-yə yaxınlaşacağı təqdirdə itirəcəyi üstünlüklərlə bağlı məsələləri həll etməkdir", - Overçuk əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Ermənistanın gələcək yolu ilə bağlı məsələləri müzakirə etməyi təklif edib. Rusiya lideri vurğulayıb ki, Moskva erməni xalqının verdiyi hər hansı bir qərara hörmətlə yanaşır.
Putin həmçinin bildirib ki, Ermənistanın Aİ-yə doğru irəliləmək qərarı Yerevanın suveren seçimidir. Lakin o, bildirib ki, Yerevanın həm Aİ, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olması mümkün deyil.