BAKI, 3 sentyabr. TELEQRAF
Küveytdə yerləşən ABŞ hərbi bazasına zərbə endirildiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində hərbi bazadakı “mühüm obyekt” vurulub və ərazidən güclü tüstü qalxıb.
Telekanal hansı obyektin vurulduğunu və zərbənin nəticələri barədə digər detalları açıqlamayıb.
Qeyd edək ki, sentyabrın 2-də İran ordusu Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlamışdı.