BAKI, 3 sentyabr. TELEQRAF

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.