BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ-nin Arizona ştatındakı Böyük Kanyon Milli Parkında baş verən qəfil daşqın nəticəsində azı iki nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" ABŞ Milli Parklar Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən biri – 46 yaşlı kişi Kolorado çayının Kristal Rapids ərazisi yaxınlığında aşkarlanıb. Daşqından sonra 14-dən çox şəxsin itkin düşdüyü və ya yerinin müəyyənləşdirilmədiyi bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Təbii fəlakət avqustun 29-da Brayt-Encel Kanyonu və “Phantom Ranch” ərazisində baş verib. Güclü sel piyada körpülərinin böyük hissəsini dağıdıb, düşərgələrə, yollar və digər infrastruktura ciddi ziyan vurub.
Daşqın zonasından 60-dan çox insan hava yolu ilə təxliyə edilib. Ərazidə axtarış və xilasetmə tədbirləri davam etdirilir.