BAKI, 1 sentyabr. TELEQRAF
Rusiyanın Elbrus dağında 2026-cı ilin əvvəlindən indiyədək 13 alpinist, o cümlədən bir uşaq həlak olub. Ölənlərin sayı ötən ilin bütün alpinizm mövsümü ilə müqayisədə iki dəfədən çox artıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il Elbrus Xilasetmə Dəstəsinin əməkdaşları 64 dəfə axtarış-xilasetmə əməliyyatlarına cəlb olunublar. Müqayisə üçün, 2025-ci ildə Elbrusa qalxmağa çalışan beş nəfər həyatını itirib.
Bu il həlak olanlar arasında Bosniya və Herseqovinadan beş, Türkiyədən isə bir turist olub. Eyni dövrdə xilasedicilər 99 alpinistə, o cümlədən iki uşağa yardım göstəriblər. Xilas edilənlər arasında Monqolustan, Fransa, Bosniya və Hindistandan olan əcnəbilər də var.
Xilasedicilərin sözlərinə görə, dağlarda faciələrin əsas səbəbləri düzgün akklimatizasiyadan keçməmək, avadanlıq, qida və rabitə vasitələrinin yanlış seçilməsi, ümumilikdə isə insan amilidir.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Kabardin-Balkar kurortlarını artıq bir milyondan çox turist ziyarət edib.