BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı yeni zərbələr endirməsinin mümkünlüyünü istisna etməyib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

İrandakı vəziyyətdən danışan Tramp bu ölkənin “tənəzzül içində olduğunu” iddia edib. O, İran rəhbərlərinin öldüyünü, ölkənin donanması və Hərbi Hava Qüvvələrinin artıq mövcud olmadığını bildirib.

“Bu, yenidən onlara zərbə endirməyəcəyimiz anlamına gəlmir. Görək nə baş verəcək”, - deyə Tramp bildirib.