BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp heç bir ölkənin Birləşmiş Ştatlara hücum etməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Heç kim bizə hücum etməyə hazırlaşmır. Bilirsiniz niyə? Çünki onlar ağıllıdırlar”, - Tramp deyib.

ABŞ lideri bundan əvvəl İrana yeni zərbələrin endirilməsi ehtimalını da istisna etmədiyini açıqlamışdı.