BAKI, 1 sentyabr. TELEQRAF

Türkiyə Superliqasının III turunun matçında "Beşiktaş" öz meydanında "Çorum"la qarşılaşıb.

Teleqraf xəbər verir ki, "Tüpraş" stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 6:2 hesablı darmadağını ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində Duşan Vlahoviç (43-pen., 59, 66) het-trik edib. Digər qolları Vaclav Çernı (9), İlhan Fakılı (73) və Mikael Murilyo (83) vurublar. Qonaqların təsəlli qollarına isə Mohammed Diomande (52) və Ermin Mahmiç (77) imza atıblar.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 7 xalı olan "Qalatasaray" çempionata liderlik edir, eyni xala malik "Gənclərbirliyi" isə ikinci pillədə qərarlaşıb.