BAKI, 31 avqust. TELEQRAF

Yaxın günlərdə erməni məhsullarının Azərbaycana ilk tədarükü barədə məlumat veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, indiyədək ticarət əsasən birtərəfli olub və Azərbaycan Ermənistana neft məhsulları tədarük edib.

“Yaxın günlərdə azərbaycanlı şirkətlərin erməni şirkətlərindən məhsul aldığını öyrənəcəksiniz. Ermənistan Azərbaycana məhsul satacaq. Bununla da artıq ikitərəfli ticarət yaranacaq”, - deyə Mirzoyan bildirib.