BAKI, 1 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayının Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində çox şeyi dəyişə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yayımladığı videomüraciətdə danışıb.

O qeyd edib ki, Ukrayna ABŞ administrasiyasının apardığı işlərin nəticələrini gözləyir.

“Sentyabr çox şeyi dəyişə bilər”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin münaqişənin nizamlanması məsələsində vasitəçilərin təsirinə meyilli olmadığını bildirmişdi. Peskov həmçinin Kiyevin münaqişənin real həlli istiqamətində fəaliyyət göstərmək istəmədiyini iddia edib.