BAKI, 31 avqust. TELEQRAF

“Nəticədən razı qalmadım, sonda məğlub olduq. Qırmızı vərəqəyə qədər komandamız yaxşı çıxış edirdi. “Qarabağ”ın da qol epizodları oldu. İlk gəldiyim günlə bugünü müqayisə edəndə oyun planımızda irəliləyiş görürəm. İkinci hissədə nəticəni dəyişmək istədik. Şanslarımız oldu, amma onları qola çevirə bilmədik. İnanıram ki, gələcəkdə yaxşı komanda olacağıq. Mənim üçün əsas olan budur”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”a 1:0 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido oyundan sonra deyib.

Mütəxəssis komandanın mövsüm ərzində daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib:

“Vaxt haqqında danışmağı sevmirəm. Mövsümün sonunda elə bir komanda quracağıq ki, istənilən rəqiblə mübarizə apara biləcəyik. Bunu mövsüm boyu görəcəksiniz. Oyundan-oyuna inkişaf edəcəyik”.