BAKI, 1 sentyabr. TELEQRAF

NATO və Avropa İttifaqı ölkələri Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raketlərin verilməsi tələbi ilə İspaniya və Yunanıstana təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat paylaşıb.

Məlumata görə, Kiyev təcili qaydada əlavə hava hücumundan müdafiə vasitələri istəyir və mövcud ehtiyatların Rusiya zərbələrinin dəf edilməsi üçün kifayət etmədiyini bildirir. Ukrayna tərəfi xüsusilə Amerikanın "Patriot" kompleksləri üçün raketlərin çatdırılmasına diqqət ayırır.

Məsələ Avropa İttifaqı ölkələrinin müdafiə və xarici işlər nazirlərinin Dublin görüşündə müzakirə olunacaq. Bundan əlavə, gələn həftə Aİ dövlətləri Ukraynaya öz kredit maliyyələşməsi hesabına əlavə "Patriot" raketləri almağa icazə verilib-verilməməsi məsələsini səsverməyə çıxaracaq.

Tərəfdaşların Kiyevə yönləndirmək istədiyi raket ehtiyatlarına məhz İspaniya və Yunanıstan sahibdir.