BAKI, 1 sentyabr. TELEQRAF
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasında ciddi müqavimətlə üzləşib və sənədin gələcək taleyi sual altına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təşəbbüsə demokratların əhəmiyyətli hissəsi qarşı çıxır. Respublikaçılar arasında da qanun layihəsinin irəli aparılmasına ciddi maraq olmadığı bildirilir.
Bundan başqa, Nümayəndələr Palatasındakı respublikaçı rəhbərliyin sənədi bu həftə səsverməyə çıxarılması planlaşdırılan qanun layihələrinin siyahısına daxil etmədiyi qeyd olunur.
Beləliklə, Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu nəzərdə tutan təşəbbüsün Konqresdə irəliləməsi qeyri-müəyyən olaraq qalır.
Bundan əvvəl respublikaçı senator Rend Pol Rusiyaya qarşı yeni sanksiyaların ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini və amerikalıları daha da yoxsullaşdıracağını bildirmişdi.