BAKI, 1 sentyabr. TELEQRAF
Argentina Prezidenti Xavyer Miley milli komandadakı karyerasını başa vuran Lionel Messiyə təşəkkür edib.
Teleqraf xəbər verir ki, Argentina lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Çox sağ ol, qeyri-real insan”, - deyə Miley paylaşımında bildirib.
Bundan əvvəl 39 yaşlı Lionel Messinin Argentina millisində çıxışını başa vurmaq qərarına gəldiyi açıqlanıb.
Messi Argentina millisinin heyətində 207 oyun keçirərək 125 qol vurub və hər iki göstərici üzrə milli komandanın rekordçusudur. O, altı dünya çempionatında iştirak edib.
Ulduz futbolçu Argentina yığması ilə 2022-ci ildə dünya çempionu, 2014 və 2026-cı illərdə dünya çempionatının gümüş medalçısı, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub. Messi həmçinin səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.