BAKI, 30 avqust. TELEQRAF
Finlyandiya Prezidenti Aleksandr Stubb Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmasına inanmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Finlyandiya dövlət başçısı "Bild" nəşrinə müsahibəsində deyib.
O kəşfiyyat məlumatlarına əsaslandığını və alyansın çəkindirmə sisteminin dünyadakı istənilən hərbi qüvvədən üstün olduğunu vurğulayıb. Avropa ölkələrini Moskva ilə birbaşa dialoqu bərpa etməyə çağıran dövlət başçısı nüvə silahının tətbiqi ehtimalını da aşağı qiymətləndirib:
"Rusiyanın dünyadakı ən qüdrətli hərbi alyans olan NATO-ya hücum etmək istəyəcəyini düşünmürəm" — deyə Stubb qeyd edib.