BAKI, 30 avqust. TELEQRAF

İsrail baş təhlükəsizlik xidməti (Şabaq) Baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahunu sui-qəsd təhlükəsi səbəbindən təcili olaraq ABŞ-dən təxliyə edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

"Həqiqətən də Yair Netanyahu üçün ciddi təhlükə mövcud idi və vəziyyətin qiymətləndirilməsindən sonra onun və mühafizə heyətinin təcili şəkildə İsrailə qaytarılması barədə qərar qəbul edildi", - deyə nəşr təhlükəsizlik xidmətinə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, Yair hətta əşyalarını belə götürmədən, mühafizəçilərin müşayiəti ilə Floridanı tərk edib.

Onun hazırda İsraildə olduğu bildirilir.