BAKI, 29 avqust. TELEQRAF
Avqustun 29-da Amerikanın F-16 qırıcı təyyarələri ABŞ Prezidenti Donald Trampın Hyustona səfəri zamanı uçuş məhdudiyyətlərini pozan beş təyyarəni ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"NORAD F-16 təyyarələri 29 avqustda Texas ştatının Hyuston şəhəri üzərində Federal Aviasiya Administrasiyası tərəfindən tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətlərini pozan beş ümumi aviasiya təyyarəsini ələ keçirib. Bütün ümumi aviasiya təyyarələri ərazidən təhlükəsiz şəkildə çıxarılıb", - deyə komandanlığın açıqlamasında bildirilir.