BAKI, 30 avqust. TELEQRAF

El-Ninyo iqlim hadisəsi okean sularının temperaturunun rekord həddə çatması və qlobal istiləşmənin təsirlərinin güclənməsi fonunda xüsusilə tropik ölkələrin iqtisadiyyatına trilyonlarla dollar zərər vura bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Qəzetin məlumatına görə, okean sularının temperaturu rekord səviyyələrə çatıb və bu da qlobal istiləşmə ilə bağlı vəziyyəti daha da ağırlaşdırır.

İndiana Universitetinin klimatoloqu Kristofer Kallahan nəşrə açıqlamasında El-Ninyonun iqtisadi nəticələrinin kifayət qədər ciddi ola biləcəyini bildirib.

Onun araşdırmasına görə, El-Ninyo xüsusilə tropik iqtisadiyyatlar üçün trilyonlarla dollar gəlir itkisinə səbəb ola bilər.