BAKI, 30 avqust. TELEQRAF

İslandiyada keçirilən referendumda əhalinin əksəriyyəti Avropa İttifaqına üzvlük üzrə danışıqların bərpa olunmasının əleyhinə səs verib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Rəsmi Brüssel İslandiyanı "aşağı riskli ölkə" hesab edirdi və onun birliyə qəbulu Aİ-nin genişlənməsinə olan şübhələri aradan qaldırmağa, həmçinin təşkilatın Arktikadakı strateji mövqelərini möhkəmləndirməyə imkan verəcəkdi. Səsvermə bülletenlərinin demək olar ki, hamısının sayılmasından sonra islandiyalıların 52,5 faizinin danışıqların əleyhinə olduğu üzə çıxıb.

"Görünür, nəticə aydındır — islandiyalılar "yox" deyir", — deyə RUV telekanalının məlumatında bildirilib.

Xatırladaq ki, İslandiya Aİ-yə üzvlüklə bağlı ilk müraciətini 2009-cu ildə edib, lakin 2013-cü ildə hökumət bu prosesi dayandırıb. Ölkə artıq Şengen və Avropa İqtisadi Zonasına daxildir.