GƏDƏBƏY, 30 avqust. TELEQRAF

Gədəbəy rayonunda "Mercedes" markalı minik avtomobilinin körpüdən dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, onun qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərindəki xəstəxanalardan birinə təxliyə olunublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.