BAKI, 30 avqust. TELEQRAF

Şimali Koreyanın müdafiə naziri No Kvan Çxoru vəzifəsindən azad edilərək Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin müdafiə sənayesi şöbəsinin rəhbərinin birinci müavini təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCTA) məlumat yayıb.

Bildirilib ki, qərar ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə Koreya Əmək Partiyasının doqquzuncu çağırış Mərkəzi Hərbi Komitəsinin ikinci iclasında qəbul edilib.

Agentliyin məlumatına görə, No Kvan Çxor həmçinin partiyanın mərkəzi rəhbər orqanındakı vəzifəsindən geri çağırılıb və müdafiə sənayesi şöbəsinin rəhbərinin birinci müavini təyin edilib.

Şimali Koreyanın yeni müdafiə naziri isə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Son Gi olub.

İclas avqustun 29-da Pxenyanda keçirilib.