BAKI, 30 avqust. TELEQRAF
Ukraynanın Xerson vilayətində son sutka ərzində törədilən hücumlar nəticəsində 3 nəfər həlak olub, 17 dinc sakin yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin “Telegram” kanalında məlumat paylaşıb.
Bölgədə kritik və sosial infrastruktura, eləcə də yaşayış məntəqələrinə zərbələr endirilib. Hücumlar zamanı 6 çoxmərtəbəli bina, 14 fərdi ev, inzibati binalar, təsərrüfat tikililəri, habelə marşrut taksisi, troleybuslar və mülki avtomobillər zədələnib.
Atəşə məruz qalan yaşayış məntəqələri arasında Antonovka, Zelenovka, Stanislav, Belozerka, Berislav və Xerson şəhəri də var. - bu xəbərə başlıqlar tap