BAKI, 29 avqust. TELEQRAF

Danimarka parlamenti hökumətin səfərbərlik yaşına düşən ukraynalı kişilərə bu ölkədə yaşayış icazəsinin verilməsinin dayandırılması təklifini dəstəkləyib.

Teleqraf xəbər verir ki, indi müvafiq yaşda olan ukraynalı kişilər Danimarkaya gəlib köçkünlər üçün xüsusi qanuna uyğun olaraq yaşayış icazəsi ala bilməyəcəklər.

Yalnız hərbi xidmətdən azad olmanı təsdiq edən sənədlərlə bu icazəni almaq mümkün olacaq. Xüsusi qanuna edilən dəyişiklik bu il iyunun 25-dən sonra təqdim olunan ərizələrə şamil ediləcək.