BAKI, 30 avqust. TELEQRAF
Bu gün Türkiyənin Zəfər bayramı günüdür.
Teleqraf xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd edilir.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb.
30 avqust 1922-ci ildə Anadolu torpaqlarını işğal edən xarici qüvvələrə qarşı başladılan Böyük Taarruz hərəkatı qəti qələbə ilə başa çatıb. Bu zəfər türk xalqının əsarəti qəbul etməyəcəyini və müstəqilliyini qoruyacağını bütün dünyaya nümayiş etdirib.
İlk dəfə 1923-cü ildə Ankara, Afyonkarahisar və İzmirdə təntənəli şəkildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər bayramı elan olunub.