BAKI, 29 avqust. TELEQRAF
Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, Yılmazın Çanaqqalanın Ayvacık rayonundakı evində halı pisləşib, döş qəfəsində ağrılar və ürək spazmı şikayəti ilə xəstəxanaya aparılıb.
Sənətçiyə Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasında koronar angioqrafiya (anju) tətbiq olunub və reanimasiya şöbəsinə köçürülüb.