BAKI, 29 avqust. TELEQRAF
Ukrayna Xarici İşlər Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət edərək, ölkə ərazisinin Rusiyanın "Rassvet" peyk qruplaşmasının əhatə dairəsindən çıxarılmasını xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
"Bu gün biz Beynəlxalq Telekommunikasiya İttifaqına rəsmi müraciət edərək, Rusiyanın "Rassvet" peyk sisteminin bütün tezlik diapazonları üzrə xidmət zonalarından Ukrayna ərazisinin çıxarılmasını xahiş etdik", - deyə qeyd edib.