BAKI, 30 avqust. TELEQRAF

İspaniya təmsilçilərindən “Barselona”nın müdafiəçisi Ektor Fortun “Real Sosyedad”a keçib.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya mətbuatı bu transferin məbləğinin 8 milyon avro olduğunu yazıb.

Qeyd edək ki, Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.