BAKI, 30 avqust. TELEQRAF
Rusiyanın Stavropol diyarında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 5 olaraq qalır, yaralananların sayı isə 38 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Stavropol diyarının Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
Qurumun məlumatına görə, qəza nəticəsində sərnişin avtobusunda olan 5 nəfər hadisə yerində ölüb. Daha 38 nəfər, o cümlədən 10 uşaq Pyatiqorsk şəhərinin Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, avtobusda ümumilikdə 43 nəfər olub. Yaralıların xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.