BAKI, 30 avqust. TELEQRAF
Türkiyə BMT və beynəlxalq hüquq çərçivəsində öz hədəflərinə doğru inamla irəliləməyə və regional sabitliyin təminatçısı olmaq istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə yayımladığı təbrik mesajında bildirib.
Dövlət başçısı Türkiyənin müdafiə sənayesi, elm və texnologiya, eləcə də xarici siyasət sahələrində mühüm uğurlar əldə etdiyini vurğulayıb. O, dünyada müharibə, münaqişə və siyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə ölkəsinin prinsipial və humanist siyasət yürütməyə davam etdiyini qeyd edib.
Türkiyə lideri bildirib ki, Türkiyə bundan sonra da ədalət, sülh və sabitliyin tərəfdarı olacaq, regionda təhlükəsizliyin təmin edilməsində fəal rol oynayacaq.
“Türkiyəni və türk xalqını müqəddəs mübarizəsindən heç kim vaz keçirə bilməz”, - deyə Ərdoğan vurğulayıb.