BAKI, 30 avqust. TELEQRAF

Çinin Tibet Muxtar Rayonunda güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya yüksəlib, 546 nəfər isə itkin hesab olunur.

Teleqraf xəbər verir ki, bu barəd Gironq dairəsinin yerli hakimiyyət orqanları məlumat yayıb.

Yerli administrasiyanın nümayəndəsi mətbuat konfransında bildirib ki, daha 546 nəfərin taleyi məlum deyil. Bundan əvvəl hadisə nəticəsində 5 nəfərin öldüyü və 558 nəfərin itkin düşdüyü bildirilmişdi.

Qeyd edək ki, Tibetdəki Gironq rayonu Nepal sərhədi yaxınlığında yerləşir. Regionda baş verən təbii fəlakət nəticəsində genişmiqyaslı dağıntılar yaranıb və xilasetmə işləri davam etdirilir.