BAKI, 8 avqust. TELEQRAF

Ukrayna Bolqarıstan tərəfi ilə dron hadisəsinin səbəblərini aydınlaşdırır və qarşılıqlı əlaqəyə tam açıqdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi jurnalistlərə açıqlamasında bildirib.

"Biz Bolqarıstan tərəfi ilə sıx əlaqə saxlayırıq, hazırda baş verənlərin bütün hallarını və bütün texniki faktları aydınlaşdırırıq. Təfərrüatları dəqiqləşdirmək üçün Bolqarıstanla qarşılıqlı əlaqəyə tamamilə açığıq. Əminliklə deyə bilərik ki, Ukrayna Müdafiə Qüvvələri qəsdən Bolqarıstana qarşı heç bir vasitə yönəltməyib", - deyə Tixi qeyd edib.

O vurğulayıb ki, bu cür hadisələrin əsas səbəbi Rusiyanın Ukraynaya qarşı beş ildir davam edən müharibəsidir. Bu müharibə Moskva tərəfindən məqsədyönlü şəkildə uzadılır və təkcə ukraynalıları deyil, həm də digər xalqları və ölkələri təhdid edir.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, buna görə də müharibənin mümkün qədər tez bitməsi regionun təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir və biz Moskvanı sülhə məcbur etmək üçün tərəfdaşlarla birlikdə işləməyi səbirsizliklə gözləyirik.