BAKI, 8 avqust. TELEQRAF
Xorvatiyanın şimalındakı Križevci şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə "HRT" məlumat yayıb.
Xorvatiya Səhiyyə Nazirliyinin məlumatına görə, altısı ağır olmaqla on doqquz nəfər yaralanıb.
Sərnişin qatarında 27 nəfər olub. Yaralıların bəziləri Bjelovar və Koprivnitsa xəstəxanalarına, digərləri isə Zaqrebdəki tibb müəssisələrinə aparılıb. Yaralılardan biri reanimasiyadadır və vəziyyəti stabildir.
Xorvatiya Baş nazirinin müavini Tomo Medved mümkün səbəblər kimi texniki nasazlığı və ya insan səhvini göstərib. Dəqiq səbəb araşdırmadan sonra müəyyən ediləcək.