BAKI, 7 avqust. TELEQRAF
İsraildə cari mövsümdə Qərbi Nil qızdırmasına yoluxmuş ilk pasiyentin ölümü qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, xəstəlik diaqnozu qoyulan 70 yaşlı kişi həyatını itirib. Hazırda ölkədə Qərbi Nil qızdırmasına yoluxmanın daha 10 yeni halı təsdiqlənib.
Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarətlə müşayiət olunan qrip simptomlarını xatırladır.
Mütəxəssislər xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərə ilk simptomlar yaranan kimi həkimə müraciət etməyi tövsiyə edirlər.