BAKI, 6 avqust. TELEQRAF

Qara dənizdə Türkiyənin ticarət gəmilərinə edilən hücumlar qlobal enerji dəhlizləri üçün təhlükə yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "A Haber" televiziya kanalına bildirib.

"Hazırda aşağıdakı vəziyyətlə üzləşirik:münaqişəsi davam edir və enerji infrastrukturu onun əsas hədəfinə çevrilib. Qara dənizdə tankerlərə hücum və təqiblər edilir. Eyni şey Aralıq dənizində, Xəzər dənizində baş verir və Hörmüz boğazı buna bariz nümunədir. Bu, qlobal enerji dəhlizləri üçün risk yaradır", - deyə o bildirib.