BAKI, 6 avqust. TELEQRAF
İraqın Baş naziri, eyni zamanda İraq Silahlı Qüvvələrinin baş komandanı Əli əl-Zeydi İraq ordusu bölmələrinin və təhlükəsizlik qüvvələrinin döyüş hazırlığının artırılması əmrini verib.
Teleqraf xəbər verir ki, bu barədə "Baghdad Today" xəbər portalı məlumat yayıb.
Məlumata görə, bütün təhlükəsizlik qüvvələrinin düşərgələrində və ordu bazalarında hazırlıq səviyyəsi artırılacaq.
Portalın məlumatına görə, baş komandan bu addımı təhlükəsizliyi gücləndirmək, vətəndaşları və ictimai maraqları qorumaq üçün atıb.