MİNGƏÇEVİR, 6 avqust. TELEQRAF

Nicat Şərifazdənin meyitinin tapılması barədə Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb.

FHN-dən Teleqraf-a verilən məlumatda deyilir:

"Avqustun 4-də Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

***

16:36

Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, FHN-in dalğıc-axtarış qrupu 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyitini batdığı yerdən 1 kilometr aralı məsafədə aşkar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nicat 8 saylı Mingəçevir şəhər tam orta məktəbinin şagirdidir. Yeni tədris ilində 9-cu sinifdə oxuyacaqdı. Ailədə özündən başqa bir bacısı var.

Hadisə avqustun 4-də Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində baş verib.