BAKI, 6 avqust. TELEQRAF

2025-ci ildə Azərbaycan korporativ istiqrazlarının ümumi həcmi ilin əvvəli ilə müqayisədə 290,2 mln. dollar daralaraq 1 683,8 mln. dollardan 1 393,6 mln. dollara enib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Qeyd edilir ki, il ərzində Azərbaycan istiqrazları altportfelinin gəliri 116,6 mln. ABŞ dolları təşkil edib. Əsas borcun hissəli ödənişi və kuponlar üzrə daxilolmalar isə 406,9 mln. ABŞ dolları olub.

Azərbaycan istiqrazları altportfelinin fərdi gəlirliliyi 7,5%, ümumi gəlirlilikdə payı isə 0,2% təşkil edib.