BAKI, 6 avqust. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu Portuqaliya millisinin üzvü Rafael Leaonun transferi üçün İtaliyanın "Milan" komandasına yeni rəsmi təklif hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi "Milan"la danışıqları davam etdirir və 27 yaşlı futbolçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib.
Bildirilir ki, "Qalatasaray" Leaoya illik 10 milyon avro maaş və əlavə bonuslar verməyə hazırdır. Lakin portuqaliyalı hücumçunun maliyyə tələblərinin, xüsusilə Viktor Osimhenin qazandığı məbləğlə müqayisə olunan gözləntilərinin transfer danışıqlarını çətinləşdirdiyi vurğulanıb.
Qeyd olunur ki, "Qalatasaray" yay transfer pəncərəsi bağlanana qədər Rafael Leao ilə razılıq əldə etmək üçün danışıqlarını davam etdirəcək.