BAKI, 31 iyul. TELEQRAF
Biz Ukraynada “Patriot” sistemlərinin istehsal edilməsi ilə bağlı hələ razılaşmamışıq.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, məsələ üzrə Ukrayna ilə danışıqlar gedir, amma bu cür texnologiyanı Kiyevə vermək çətindir.
“Dünyanın ən böyük silahlarına sahibik. Prezident Zelenski bir neçə "Patriot"a və"Tomaqavk"a sahib olmaq istərdi. Bu silahlar inanılmazdır. Kiminsə onları istehsal etməsinə icazə vermək məsələsində çox diqqətli olmalıyıq”,- deyə Tramp əlavə edib.