BAKI, 21 iyul. TELEQRAF

Azərbaycanın Belçika Krallığındakı səfirliyi bu ölkəni Milli Günü münasibətilə rəsmi sosial media hesablarında təbrik edib.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Belçika Krallığına və onun xalqına Belçikanın Milli Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq! Sülh, rifah və davamlı uğurlar arzulayır, Azərbaycan ilə Belçika arasında dostluq və tərəfdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik. Milli Gününüz mübarək".