“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi fransalı yarımmüdafiəçi Stiv Bönarla 2 illik müqavilə imzalayıb.

34 yaşlı futbolçu “Monpelye”nin yetirməsidir. O, ötən mövsüm Fransa Liqa 2-də çıxış edən “Pau”nun heyətində 27 oyuna çıxıb.

Qeyd edək ki, Stiv Bönar karyerası ərzində Fransanın “Bezye” və “Ayaçço” klublarında da forma geyinib.