BAKI, 21 iyul. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi yığma komandadakı karyerasını başa vurmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə argentinalı idman jurnalisti Hernan Kastilyo məlumat yayıb.
Mənbənin sözlərinə görə, 39 yaşlı futbolçu 2026-cı il dünya çempionatının finalından sonra soyunub-geyinmə otağında komanda yoldaşları qarşısında çıxış edib. Messi İspaniya ilə görüşün milli formada son oyunu olduğunu bildirib.
Qeyd edək ki, Argentina mundialın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Messi turnirdə 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdırıb.