BAKI, 21 iyul. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın Qəzza şəhər briqadasının əməliyyat şöbəsinin rəhbərini zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

Məlumata görə, 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücuma və girovların saxlanılmasına rəhbərlik edən Adam İbrahim Şaban Nasman Qəzza şəhərinə endirilən zərbə nəticəsində məhv edilib.