BAKI, 21 iyul. TELEQRAF
2026-cı ilin II rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1276 müraciət daxil olub. Onlardan 1105-i üzrə müsbət, 171-i üzrə isə mənfi qərar qəbul edilib.
Bu barədə Teleqraf -a agentlikdən məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 81 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 23 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 11 autentik (həqiqi) olmayan diplom, 11 əhəmiyyətli fərq, 10 təhsilalma forması, 7 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 ekvivalenti olmayan ixtisas kimi səbəbləri göstərmək mümkündür.