BAKI, 14 iyul. TELEQRAF
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti bir barel üçün 85 dolları ötüb. Bu, iyunun 15-dən bəri ilk belə göstəricidir.
Teleqraf xəbər verir ki, birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 2,04 faiz bahalaşaraq 85,02 dollara çatıb.
Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin iyul ayı üzrə fyuçerslərinin qiyməti 8,25 faiz bahalaşaraq bir barel üçün 80,42 dollara yüksəlib.