BAKI, 14 iyul. TELEQRAF
Bu gün Ağdaşın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun Qəribli, Aşağı Nemətabad, Yuxarı Nemətabad, Hacılar, Qobuüstü, Aşağı Qobuüstü, Yenikənd və Qulbəndə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.