AĞSTAFA, 14 iyul. TELEQRAF
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma başlanılıb. A.Budaqlının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı müəyyənləşdirilir.